İsti havada nə qədər dondurma yemək olar? –HƏKİM RƏYİ

İsti havalarda dondurma yeməklə sərinlənmək sağlamlıq üçün problemlər yarada bilər. 

Azpost.info sb.by portalına istinadən bildirir ki, bu barədə dietoloq Anastasiya Şalyapina xəbərdarlıq edib.

O qeyd edib ki, çoxlu dondurma yemək məsləhət deyil. Çünki dondurma yüksək kalorili məhsuldur və əlavə çəki  qazanma riski yaradır.

Dietoloqun fikrincə, həftədə bir və ya iki dəfə 100 qram dondurma yemək lazımdır. Bu halda dondurma  sağlamlığınıza zərər verməyəcək və bədəni əlavə kalorilərlə yükləməyəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.