Rusiya İstintaq Komitəsi Aleksey Navalnının ölümü ilə bağlı cinayət işi açmaqdan imtina edib.
Azpost.info-nun məlumatına görə, bu barədə “Current Time” portalı xəbər verir.
İstinataq Komitəsi siyasətçinin dul arvadı Yuliya Navalnaya ərinin “birləşmiş xəstəlik” və aritmiya nəticəsində öldüyünü bildirib. Cavab mayor Aleksandr Varapaev tərəfindən imzalanıb.
İstintaq Komitəsinin bəyanatına görə, fevralın 16-da Navalnı gəzintiyə çıxarkən səhhətində kəskin pisləşmə hiss edib. O, tək kamera tipli otağa qaytarılıb, oradan isə tibb məntəqəsinə köçürülüb. Oraya təcili yardım gəlsə də Navalnını xilas edə bilməyib.
“Məhkum Navalnıya qarşı hər hansı qanunsuz hərəkətlər törədilməyib. Heç bir zorakılıq tətbiq edilməyib” – İstintaq Komitəsinin cavabında deyilir.