“İsveç Türkiyənin bütün şərtlərini yerinə yetirməyə hazır deyil”- Baş nazir

“İsveç Stokholmun NATO-ya üzvlük ərizəsini təsdiqləmək üçün Türkiyənin irəli sürdüyü bütün şərtləri yerinə yetirməyə hazır deyil”.

Azpost.info xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Eyni zamanda o, Türkiyənin İsveçin Şimali Atlantika Alyansına daxil olmasına sonda razı olacağına əmin olduğunu əlavə edib.

“Türkiyə razılaşdığımız şərtləri artıq yerinə yetirdiyimizi təsdiqləyir. Lakin eyni zamanda daha çox və bizim edə bilməyəcəyimiz və ya istəmədiyimiz başqa şeylər istədiyini deyir”, – Kristersson bildirib.

Baş nazir söhbətin hansı tələblərdən getdiyini açıqlamayıb.

Onilliklər boyu bitərəf olan İsveç və qonşu Finlandiya 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından qısa müddət sonra NATO-ya üzv olmaq üçün rəsmi ərizə verdi. Onlar yalnız üzvlük protokolu ittifaqın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya edildikdən sonra NATO-ya üzv ola biləcəklər. İndiyə qədər 28 ölkə bunu edib, Macarıstanın da protokolu tezliklə ratifikasiya edəcəyi gözlənilir.

Türkiyə ötən ilin yazında Finlandiya və İsveçin üzvlüyünün təsdiqi üçün bir sıra şərtlər irəli sürüb. Bu şərtlər arasında bir sıra kürd təşkilatlarının terrorçu elan edilməsi, Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması, İsveç və Finlandiyadan sığınacaq almış bir sıra kürd və müxalifətçilərin Türkiyəyə ekstradisiyası var.

Azpost.info

Əvvəlki məqalə

Saakaşvilinin Polşaya aparılmasına icazə verilməyib

Sonrakı məqalə

Ölkənin əsas avtomobil yollarında son vəziyyət