İsveçin qərbindəki Göteborq şəhərindəki Liseberg əyləncə parkında güclü yanğın baş verib.
Azpost.info bildirir ki, bu barədə Röyter məlumat yayıb. Alov açıq su sürüşmə yerlərini və tikilməkdə olan obyektləri əhatə edib.
Xəsarət alanlar barədə məlumat verilməsə də, şəhərin üzərində qalın qara tüstü qalxıb. Polis ərazidə yaşayan sakinlərə tüstüdən qorunmaq üçün evdə qalmağı və pəncərələrini bağlı saxlamağı tövsiyə edib.
Parkın sözçüsü İsveç xəbər agentliyi TT-yə bildirib ki, yanğın bu ilin sonunda açılması planlaşdırılan Liseberg əyləncə yarmarkasına yeni əlavə olan Oceana-da baş verib. Su-əyləncə parkında yanğın zamanı qonaq olmayıb.
Videoda ərazinin alovlara büründüyü və bir neçə yanğınsöndürən maşını göstərilir.
“Yanğın binanın yaxınlığındakı su obyektlərindən birində başlayıb və sonra bütün binaya yayılıb”, – Liseberq-in sözçüsü bildirib.
Onun sözlərinə görə, yaxınlıqdakı otel və ofisdəki qonaqlar təxliyə edilib.