“İsveçrədə Ukrayna ilə bağlı sammit Kiyev hakimiyyəti üçün legitimlik görüntüsü yaratmaq üçün növbəti hiylədir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, bu sammitdə fundamental məsələlər müzakirə olunmayacaq: “Hamısı Rusiyaya qarşı demaqogiya və ittihamlara başlayacaq. Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq və vicdanlı dialoq aparmaq mümkün deyil”, – Putin bildirib.
Azpost.info