İsveçrə bankları rusların bloklanan aktivlərinə görə faiz tutmağa başlayıb

İri İsveçrə bankları rusların bloklanan aktivlərinə görə komissiya tutmağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti”yə məlumatlı mənbələrdən bildirilib.

Yeni təcrübənin tətbiqi iki hüquq firması mənbəsi tərəfindən də təsdiqlənib. Lakin onlar bankların gələcək dövrlər üçün faiz tutduqlarını eşitməyiblər: “Bu, ziddiyyətli görünür, amma indi hər şey mümkündür”.

UBS, “Zurich Cantonal Bank”, “Vontobel” və “Pictet Group” məsələ ilə bağlı sorğulara cavab verməyib.

“Aktivlərin dondurulması qeyri-müəyyən proqnozla uzun illər davam edə bilər, ona görə də İsveçrə bankları onlara öz hesablarına xidmət göstərmək istəməyərək, alternativ üsulla rüsum tutmağa məcburdurlar”,- mənbələrdən biri deyir.

Ukraynada müharibə başlayandan sonra İsveçrə neytrallıq prinsipindən geri çəkilərək Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub. Ümumilikdə, İsveçrə banklarında ruslara məxsus 213 milyard dollar var.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.