İtaliyada 5 bal gücündə zəlzələ olub

İtaliyanın cənubundakı Kalabriya regionunda 5 bal gücündə zəlzələ olub.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Mandatoriççio bələdiyyəsi olan zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Kosenza əyalətində, episentrə yaxın bölgələrdə, həmçinin Apuliya regionunda və Siciliya adasında hiss olunub. Yeraltı təkandan sonra Kozenzada insanlar küçələrə axışıb.

İnsan tələfatı və dağıntı barədə məlumat yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.