İyunun 7-dək ölkədə avtobus və metro işləməyəcək

05 İyun 2021 - 00:37

Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.