İzmirdə yaşayış kompleksində güclü yanğın baş verib-YENILƏNİB

Türkiyənin İzmir şəhərində baş verən yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, 6 nəfər tüstüdən zəhərlənib,

Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb edilib.

Yanğınla mübarizə davam edir.

 

**

İzmirin Narlıdere rayonunda yerləşən bir yaşayış kompleksində güclü yanğın baş verib.

Bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğının səbəbi müəyyən edilir.

Narlıdere Böyekşəhər bələdiyyəsi sədri Ali Engin “NTV“ kanalına açıqlamasında kompleksin 30-35 mənzildən ibarət olduğunu və hazırda sakinlər arasında həyatını itirənlərin olmadığını bildirib.

Əvvəlki məqalə

Laçın sərhəd postuna pasport nəzarəti köşkü qoyuldu –

Sonrakı məqalə

ABŞ SEPAH-a və FSB-yə sanksiya tətbiq edib