“Jiquli”də ayı əti satan Səyahəti tutdular –Qəbələ Prokurorluğu araşdırma aparır

Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 18 nəfəri aldadıb pullarını alan “üçlük” məhkəmə qarşısına çıxarılır

Sonrakı məqalə

SOCAR-ın qayığındakı partlayışda xəsarət alanların vəziyyət ağırdır –