“Joker-2” filmi çəkilir –Ledi Qaqa Xoakin Fenikslə oynayacaq

Rejissor Todd Fillipsin “Coker-2” filmi 2024-cü ildə ekranlara çıxacaq. Ekran əsərində dünyaşöhrətli ifaçı Ledi Qaqanın da rol alacağı təsdiqlənib. İfaçı Harli Kvin obrazını canlandıracaq.

“Variety” nəşri bu filmə çəkilən aktyorların qazanacaqları məbləği açıqlayıb.

Qeyd olunub ki, ifaçı Ledi Qaqa filmin çəkilişinə görə 10 milyon dollar alacaq. Lakin bu, Coker roluna görə X.Feniksin qonorarından xeyli azdır. Bildirilir ki, Hollivud aktyoru Xoakin Feniks canlandıracağı rola görə 150 milyon dollar alacaq.

Əvvəlki məqalə

Tikinti və şəhərsalma üzrə büdcə xərcləri artıb

Sonrakı məqalə

Neft Fondunun ehtiyatı 45 milyard 306 milyon dollara çatıb