Joze Mourinyo dövrün ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb

“Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyo dövrünün ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb.

Azpost.info bildirir ki, mütəxəssis birbaşa adını açıqlamasa da, bunun “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi olduğuna işarə edib: “Hansı oyunçu ilə heç vaxt müqavilə bağlamamışam, amma istəmişəm? Dövrümüz üçün “balacaboy oğlan” deyərdim. Balacaboy oğlan məşq etmək qabiliyyətinə malik deyildi. Amma deməliyəm ki, bizim nəsildə o, ən yaxşısı idi”, – “Eurosport” Mourinyonun sözlərini sitat gətirib.

Xatırladaq ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Argentinalı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalı forvard əvvəllər Fransanın PSJ və Kataloniya “Barselona”sında da çıxış edib.

Əvvəlki məqalə

Qaçış arıqlamağa kömək edirmi? –

Sonrakı məqalə

İrəvanda parlament qarşısındakı toqquşmada 101 nəfər xəsarət alıb