Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi postuna təyin olunacaq.
Bu barədə italiyalı insayder Canluka di Marzio məlumat verib.
Onun sözlərinə görə, Mourinyo İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub(trend).