Jurnalist Səbuhi Məmmədli dəfn edilib – FOTOYENİLƏNİB

Jurnalist Səbuhi Məmmədli  doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.

Azpost.info bildirir ki, bu barədə jurnalist Rey Kərimoğlu bildirib. Dəfndə Azərbaycan Mətbuat Şurasının, MEDİA Agentliyinin nümayəndələri, həmkarlar iştirak edib.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.

Aparılan müalicələrə baxmayaraq  sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin! 

 

**

Ucar rayonunda jurnalist Səbuhi Məmmədli ilə vida mərasimi keçirilir.

Azpost.info bildirir ki, dəfnə jurnalist həmkarları, dostları qatılıb.

S.Məmmədli uzun sürən xəstəlikdən sonra dünən 54 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Əvvəlki məqalə

“Şagirdlərin sınaq imtahanlarına məcburi cəlb edilməsi ilə bağlı tapşırıq verilməyib”

Sonrakı məqalə

Azərbaycanda 7 mindən çox xarici tələbə təhsil alır