Kəmaləddin Heydərov Qazaxıstan FHN əməkdaşlarını təltif edib

2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

Nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:

– Seytalin Azamat Serikoviç

– Aminov Timur Vladimiroviç

– Aydarov Kani Manapoviç

– Karayev Sayasat Musayeviç

– Kenjeqaliyev Majit Serikbayeviç

– Kulxanov Azımbek Şındauletoviç

– Kuzembayev Erbol Axmetoviç

– Mendibayev Naurızbek Erlanulı

– Nuqumanov Ardak Koyşibekoviç

– Tleuberqenova Ayman Mınbayevna

Əvvəlki məqalə

İtaliyada şəhər istirahəti üçün ideal 8 şəhər

Sonrakı məqalə

2025-ci ildə SSRİ-nin dirçəlişi baş verəcək –