Kənd təsərrüfatı məhsullarının istehsalı işğaldan azad edilmiş torpaqlar hesabına 8-10 faizdən çox artacaq

Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazirin sözlərinə görə, bunun hesabına bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir.

M.Məmmədov qeyd edib ki, aparılmış qiymətləndirmələrə görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq(azərtac).

 

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.