Kəlbəcərdə cəryan vuran əsgər Riyad Əliyarovun FOTOSU

Dünən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər Riyad Əliyarovun görüntüləri yayılıb.

2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olan və burada doğulub boya-başa çatan Riyad Əliyarov bu ilin oktyabrında tərxis olunacaqmış.

Bildirilir ki, 15 ayın əsgəri olan Riyad mühəndis-istehkam bölməsində xidmət edirmiş.

Yaxınlarının bildirdiyinə görə, Riyad yaşadığı ərazidə və əsgər yoldaşları arasında həvəskar meyxanaçı kimi tanınıb.

Qeyd edək ki, bədbəxt hadisə dünən saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılbı, araşdırmalar aparılır.

Əvvəlki məqalə

“Ölkədə məzhəblərarası təfriqə yaratmaq üçün təxribat müşahidə olunur” –

Sonrakı məqalə

Rusiyanın 3 böyük bankı bu gün SWIFT-dən ayrılır –