Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Bakıda yaşayış binasında yanğın söndürülüb

Sonrakı məqalə

Almaniyada 101 yaşlı faşist zabiti azadlıqdan məhrum edilib