“Kəpəz”-“Qarabağ” oyununda kütləvi dava olub- 7 futbolçu diskvalifikasiya olunub

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, insident V turun “Kəpəz”-“Qarabağ” oyununda baş verib.

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə – “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.

Əvvəlki məqalə

“Bölmələrimizin mühasirəyə düşməsi barədə dedikləri dezinformasiyadır”

Sonrakı məqalə

Baş Prokurorluq şəhid Səbuhinin qardaşının videosu ilə bağlı açıqlama verib