Kağız pullar virus və bakteriya mənbəyidir- Nələrə diqqət etməliyik?

Köhnə əsginasların səthində stafilokoklar, streptokoklar kimi bakteriyalar uzun müddət yaşaya bilər.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, bu yolla insan qripə də yoluxa bilər.

“Stafilokoklar, streptokoklar, bağırsaq çöpləri kimi bakteriyalar pulun, xüsusən də köhnə əskinasların səthində uzun müddət yaşaya bilər. Onlar dəri, tənəffüs yolları və həzm sisteminin infeksiyaları da daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər. Göbələklər də pulların üzərində yaşaya bilirlər. Bəzi göbələk növləri həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Əsginas xəstənin əlində saxlandıqdan sonra bir müddət onların üzərində qalır. Əskinaslar vasitəsilə qaşınma gənəsini də tutmaq olar”, – mütəxəssislər xəbərdarlı edirlər.

Yadda saxlamaq lazımdır ki, pulun üzərindəki mikroblar heç də həmişə sağlamlıq üçün təhlükə yaratmır. Onların əksəriyyəti sağlam insanlarda xəstəlik törətmir. Bununla belə, açıq yaralarınız və ya zəifləmiş immunitet sisteminiz varsa, yoluxma riskini azaltmaq üçün pulla təmasdan qaçmaq daha yaxşıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.