Kanadada kilsədə cinsi təcavüz edən 87 keşişin adı üzə çıxdı

Kanadada sabiq məhkəmə hakimi və müstəqil araşdırmaçı Andre Denis kilsə daxilində insanlara təcavüz etməkdə günahlandırılan 87 nəfərin şəxsiyyətini müəyyən edib. Kvebek Katolik Kilsəsinin 80 illik tarixini araşdıran Andre Denis bu qənaətində əmindir.

Anadolu agentliyi xəbər verir ki, 2020-ci ilin dekabr ayından araşdırma aparan və hazırda təqaüddə olan sabiq hakim 9 yeparxiyada maraqlı faktları aşkara çıxarıb. O, 1940-2021-ci illər ərzində çalışmış yepiskop, keşiş və kilsə işçiləri də daxil olmaqla 6809 nəfərin şəxsi işini araşdıraraq ümumilikdə 87 nəfərin cinsi istismar əməllərini müəyyən edib. Təcavüz olunanlar arasında azyaşlılar və yetkinlik yaşına çatmayanlar da olub.

Onun sözlərinə görə, təcavüz etdiyi təsdiqlənən 87 nəfərdən 5-i həmin kilsədə hələ də işləyir.

Əvvəlki məqalə

ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyib

Sonrakı məqalə

Bakıda xəstə baxıcısı şkafa baxdı, 200 min pul oğurladı –