“Kapital Bank” kiber dələduzluqda iştirakla bağlı ittihamları rədd edib-AÇIQLAMA

“Kapital Bank” son dövrlərdə kiber dələduzluq yolu ilə vətəndaşların kartlarından pul oğurluğunda  bankın hər hansı əməkdaşının iştirakı ilə bağlı iddiaları rədd edib.

Azpost.info bildirir ki, bu barədə bankdan BBC radiosuna bildirilib.

“Kapital Bank”dan deyilib ki, müştəri məlumatlarının məxfiliyini təmin etmək üçün ciddi qaydalar və prosedurlar var: “Bununla yanaşı əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyini qorumaqla bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. Bankımızla bağlı bugündək baş verən dələduzluq hallarının araşdırılması zamanı heç bir hadisədə bank əməkdaşının iştirakına rast gəlinməyib”, – Kapital Bankın BBC Azərbaycancaya təqdim etdiyi yazılı cavabında qeyd olunub.

Kapital Bankdan həmçinin bildirilib ki, əgər müştərinin vəsaiti dələduzluq yolu ilə digər Kapital Bank kartına köçürülübsə, həmin müştəri barədə məlumatlar yalnız hüquq mühafizə orqanlarına verilir. “Qarşı tərəfin məlumatlarını müştəriyə təqdim edilməsi üçün isə mütləq məhkəmə qərarı olmalıdır”, -bankın açıqlamasında yazılıb.

Kapital Bankdan bildirilib ki, ödəniş xarici ölkələrə yönəlmiş köçürmə formasında olarsa və müəyyən bir saytın və ya ödənişin yüksək risk daşıdığı sistem tərəfindən aşkarlanarsa, o zaman bu barədə müştəriyə xəbərdarlıq edilir və lazım gəldikdə isə ödəniş və yaxud kart bloklanır.

Ölkədaxili əməliyyatlarda isə 3D təhlükəsizlik kodu tələb olunduğundan bu kodun daxil edilməsilə icra edilən əməliyyatlar şübhəli hesab olunmur”,- bankdan bildirilib. Ödəniş kartdan karta olarsa və bu proses kart sahibi tərəfindən kodun daxil edilməsi ilə icra olunarsa, o zaman bloklanma texniki olaraq mümkün deyil.

Bankın bildirdiyinə görə, təkcə 2023-cü ildən bu günə kimi saxta məlumatlar yayaraq dələduzluq fəaliyyəti həyata keçirən 100-ə yaxın veb-sayt, 800-dən çox isə sosial şəbəkə hesabı şikayət edilərək bağlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.