Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə 355,3 milyon manat ayrılacaq

Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə isə növbəti ilin dövlət büdcəsində 355,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Qeyd edilib ki, bu vəsaitin keçmiş məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (467,1 min nəfərə) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 317,0 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 20,7 milyon manat, digər tədbirlər üçün 17,6 milyon manat vəsait proqnozlaşdırılıb.

Əvvəlki məqalə

ƏDV cash-back gəlir vergisindən azad ediləcək

Sonrakı məqalə

Təqaüdlər və ünvanlı sosial yardımlar üçün vəsaitin həcmi artırılır