Arizona Universitetinin professoru Vişnu Reddi CNN-ə müsahibəsində Yerin orbitində kosmik dağıntıların təhlükəsi barədə danışıb.
AzPost xəbər verir ki, o, ən böyük təhlükəni Yerdən 35 km məsafədə yerləşən kosmik tullantıların yaratdığını qeyd edib.
Bu proses kosmik dildə Kessler sindromu adlanır. Hipotetik proses peyklər üçün Yerə yaxın kosmosun tam yararsızlığına səbəb ola bilər.
Qeyd edək ki, bu nəzəriyyə ilk dəfə 1978-ci ildə NASA mütəxəssisi Donald J. Kessler tərəfindən irəli sürülüb.
Nəzəriyyə görə Yerə yaxın orbit sahəsi (2000 km-dən aşağıda yerləşən orbital sahə) Beynəlxalq Kosmik Stansiya (BKS) və digər minlərlə peykin məskənidir. Bura həm də hədsiz sürətlə çoxalan kosmik tullantılarla dolu sahəyə çevrilməkdədir. Bu kosmik tullantılar toqquşaraq daha böyük tullantı qalığına çevrilir ki, bu da Kessler sindromunu formalaşdırır.