Kirayə evdə bomba saxlayan şəxs həbs edilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb. Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əvvəlki məqalə

Cəlilabadda narkokuryerlər tutulub

Sonrakı məqalə

ABŞ Dumanın deputatları üçün yeni sanksiyalar hazırlayıb –