“Kiyevə 98 milyard dollardan çox hərbi yardım göndərilib”- ABŞ müdafiə naziri

Ukrayna üzrə təmas qrupuna daxil olan ölkələr Kiyevə 98 milyard dollardan çox hərbi yardım göndərib.

Azpost.info xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin bildirib.

“Mən fəxr edirəm ki, bu təmas qrupu 2022-ci ilin fevral ayından Ukraynaya 98 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib”, – Ostin Brüsseldəki təmas qrupunun iclasınnda deyib.

Ostin İsveçə 1,23 milyard dollarlıq böyük hərbi yardıma görə, Belçikaya 2028-ci ilə qədər Kiyevə 30 F-16 qırıcı təyyarəsi vermə öhdəliyinə və bu il əlavə 1 milyard dollar ayırdığına görə təşəkkür edib.

Pentaqon rəhbəri həmçinin İspaniyaya daha çox hava hücumundan müdafiə raketləri göndərmək öhdəliyinə görə təşəkkür edib.

Azpost.info

Əvvəlki məqalə

Belarus XİN Paşinyana cavab verdi, səfir geri çağrılır

Sonrakı məqalə

Zabux və Susda yağış sularının fəsadları aradan qaldırılıb