“Kiyevə göndərilən F-16-ların hamısını vuracağıq” –Putinin mətbuat katibi

“F-16-ların Kiyevə çatdırılması cəbhə xəttindəki vəziyyətə o qədər də təsir etməyəcək”.

Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml sözçüsünə görə, təyyarələr vurularaq məhv ediləcək. “Buna görə də F-16-ların Ukraynaya tədarükü hadisələrin dinamikasına ciddi təsir göstərə bilməyəcək” -deyə  mətbuat katibi vurğulayıb.

“Kiyevin heç bir sehrli dərmanı yoxdur, onlar bunu anlamalıdırlar”, – Peskov əlavə edib.

Xatırladaq ki, Qərb ölkələri sensasiyalı F-16 qırıcılarının ilk partiyasını Ukraynaya tədarük edib. Bunu Litvanın Daxili İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis deyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.