“Kiyev Polşa silahlarından Rusiyaya hucum üçün istifadə edə bilər” –Müdafiə nazirinin müavini

Varşavanın Ukraynaya verdiyi Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur və onlardan Rusiyaya qarşı hücumlar üçün də istifadə edilə bilər.

Azpost.info bildirir ki, bunu “Radio Zet”in efirində Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib.

O qeyd edib ki, ölkə hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Polşa silahlarından istifadə etməyi qadağan etmir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq və Fransa prezidenti Emmanuel Makron Rusiyaya hücum üçün Ukraynaya verilən Qərb silahlarının istifadəsinə qoyulmuş qadağanı aradan qaldırmağa çağırıblar.

Eyni zamanda, Bild nəşri bir gün əvvəl Ukraynanın Almaniyadan aldığı Patriotdan Rusiyaya zərbə endirmək üçün artıq istifadə etdiyini yazıb.

Əvvəlki məqalə

“Ermənistana ordu müharibə üçün deyil, sülh aləti kimi lazımdır”

Sonrakı məqalə

Paşinyan demarkasiyanı təhlükəsizlik zəmanəti hesab edir