Kiyevdə güclü partlayışlar olub –"İsgəndər" raketi atılıb VİDEO

Kiyevdə bir neçə güclü partlayış baş verib.

Azpost.info xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib. “Kiyev. Sağ sahil, Sol sahil… Ruslar danışıqlardan sonra ballistik raketlər buraxırlar. Bizdə olan məlumata görə, Ukrayna ruslar üçün sərt şərtlər qoyub. Bu şərtlərə Ukraynanın hər yerindən qoşunların tamamilə çıxarılması daxildir. Növbəti danışıqlardan əvvəl Rusiya Kiyev və Mariupolu mühasirəyə almaq istəyir”, – Geraşenko deyib.

CNN-in xəbərinə görə yerli vaxtla 18:40-da baş verən partlayışların şəhər mərkəzinin cənubunda qeydə alındığı bildirilib. Məlumata görə, bu gün ərzində Kiyevdə partlayışlar çox güclü olub. Hadisədən dərhal sonra şəhərdə həyəcan siqnalı işə düşüb.

Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevə “İsgəndər” ballistik raketi ilə vurulub.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir