“Kızıl Elma” iki dövlətin ortaq gələcəyidir” –Selcuk Bayraktar İlham Əliyevə təşəkkür etdi/ FOTO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar qəbula görə,  Prezident İlham Əliyevə təşəkkür edib.
Azpost.info bildirir ki, o, bununla bağlı paylaşım edib:
” Qardaş ölkəmiz Azərbaycanda göstərdiyi səmimi qonaqpərvərliyə görə Hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bir millət, iki dövlətin ortaq gələcəyi olan “KIZIL ELMA” -larımız üçün işləməyə davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi.

Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.

Əvvəlki məqalə

İranla dövlət sərhədi pozmağa cəhd edən narkotacirlər tutuldu –

Sonrakı məqalə

“Yaponiya Rusiya neftini “tavan qiymət”dən baha alır”