Köhnə binalara niyə ipoteka krediti ayrılmır?-AÇIQLAMA

Bankların köhnə binalara ipoteka krediti verməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə baş direktor Şahin Mahmudzadə Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında danışıb.

O qeyd edib ki, kredit verilərkən binanın ortalama istismar müddəti nəzərə alınır.

“Əgər bu, köhnə binadırsa, ipotekanın bitmə müddəti və binanın istismar müddətinin bitməsi nəzərə alınır. Məsələn, 70 illik binadırsa, onun 60 ili keçibsə, kredit də 25-30 illik verilir. Ona görə də kreditin bitmə müddəti istismar müddətini keçməməlidir”, – Ş.Mahmudzadə vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.