“Komissiyalar qarşısına sərhədi çəkmək deyil, onu bərpa etmək vəzifəsi qoyulub”- Paşinyanın müavini

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar qarşısına sərhədi çəkmək deyil, onu bərpa etmək vəzifəsi qoyublar.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Heç vaxt deyə bilmərik ki, biz sərhəd çəkəcəyik. Onu da demək olmaz ki, biz sərhədi çəkməli olan bir qurum olaraq səlahiyyətlərimizin əhatə dairəsini müəyyən edəcəyik. Təbii ki, bu mümkün deyil və ən azı konstitusiyaya ziddir. Biz qarşımıza sərhəd çəkmək vəzifəsi yox, sərhədi bərpa etmək, onu hüquqi xəritələrə uyğun bərpa etmək vəzifəsi qoymuşuq”, – Qriqoryan deyib.

O qeyd edib ki, xəritə ilk növbədə, topoqrafik, peşəkar olmalı, bu cür səlahiyyətlərə malik olan, hüquqi sənədləri əsas götürən orqan tərəfindən hazırlanmalıdır: “Tam xəritə deyə bir şey yoxdur. Müxtəlif miqyaslı, müxtəlif dövrlərdə təsdiq edilmiş, müxtəlif dövrlərdə mahiyyətcə qüvvəyə minmiş xəritələr var. SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı il xəritəsi sovet dövründə belə səlahiyyətlərə malik olan qurum tərəfindən tərtib edilib”.

Azpost.info

 

Əvvəlki məqalə

Qusarlı gənclər “EKO-BREYN” turnirində iştirak edib –

Sonrakı məqalə

Standartlarımız sovet dövründən qalıb, yenilənməyib