Konsulluq Türkiyədə qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşları ilə görüşəcək

22-31 iyul 2023-cü il tarixlərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun açıqlamasında bildirilib.

Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı məlumat almaq üçün bu keçiddən istifadə edin: https://istanbul.mfa.gov.az/az/news/3449/turkiye-respublikasinin-istanbul-seherinde-qeyri-qanuni-yasayan-azerbaycan-respublikasi-vetendaslarinin-novbeti-musahibe-tarixlerine-dair#

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.