Koronavirusa görə Milli Məclisin iclası təxirə salındı

“COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin sabah keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları iyunun 23-də bəlli olacaq.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb –

Sonrakı məqalə

“Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur” –