“Peyvəndin Azərbaycana gətirilməsi üçün müzakirələr gedir” –

TƏBİB
15 Avqust 2020 - 11:36

Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır: “Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”.