“Bakılı oğlanlar” komandasının məşhur üzvü Bəhram Bağırzadə ağır vəziyyətdə xüsusi xəstəxananın reanimasiya şöbəsinə aparılıb.
Azpost.info bildirir ki, bu barədə haqqın.az-a onun komanda yoldaşı Tahir İmanov bildirib.
Onun sözlərinə görə B.Bağırzadəyə koronavirus diaqnozu qoyulub.
“Bəhram Bağırzadənin müalicəsini Prezient İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi nəzarətə alıblar. Buna görə minnətdarlığımızı bildirirk. Ümid edirik ki, həkimlərin səyi ilə Bəhramın həyatı xilas ediləcək”.