Koronavirusun Azərbaycan üzrə yoluxma göstəriciləri açıqlandı –

RƏQƏMLƏR
25 Mart 2021 - 14:14

Azərbaycanda yeni növ koronavirus infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

“Koronavirusinfo.az” saytı xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Aran rayonlarında 12,9, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3, Lənkəranda 2,8, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.