Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.