Kraliçanın gizli saxlanılan məişət həyatı - Ayaqqabısını başqası geyinir, şlyapası məxfidir
"Hello" jurnalı krallığın qarderobçusu və konfidantı Angela Kellinin "Medalın tərs üzü: kraliça, kostyumçu və qarderob" kitabından bəzi hissələri dərc edib.
Azpost.info BBC-yə istinadən bildirir ki, qarderobçu ən yüksək səviyyədə alınmış icazə ilə Kraliçanın qarderobundan və məişət sirlərindən yazıb.
Ceyms Bondla birgə filmdə
Rejissor Denni Boyle kraliça II Yeilzavetaya 2012-ci ildə Londonda keçirilən yay olimpiadasının açılış mərasimində Ceyms Bondla birlikdə bir epizoda çəkilməyi təklif edəndə, o, heç düşünmədən razılıq verib.
Kelliyə şaftalı rəngli iki eyni paltar tikmək tapşırılıb: biri kraliçaya, digəri vertolyotdan stadiona tullanacaq dublyora.
Növbəti xəbər yüklənir...