Kremlə bağlı oliqarxların müəmmalı intiharı –Rus iş adamlarının ölümü təsadüfdürmü? (ADLAR+FOTO)

Bu il Kremlə bağlı altı oliqarx müəmmalı şəraitdə dünyasını dəyişib. Onlardan dördü Ukraynadakı müharibəni maliyyələşdirən dövlət enerji şirkəti “Qazprom”da işləyib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

Şübhəli qətl dalğası yanvarın 30-da “Qazprom”un əməkdaşı Lev Şulmanın Sankt-Peterburq yaxınlığındakı evində asılmış vəziyyətdə tapılması ilə başlayıb. “Qazprom”un mərhum direktor müavini Aleksandr Tyulakov da həmin yaşayış kompleksində yaşayırdı. O, Şulmanın ölümündən bir ay keçməmiş evində asılmış vəziyyətdə tapılıb.

Milyarder Sergey Protosenyanı həyat yoldaşı və qızı ilə birlikdə İspaniyanın istirahət evinin bağçasında balta ilə döyülərək öldürülmüş vəziyyətdə aşkar ediblər. Oğlu Fyodor daha sonra “MailOnline”a bildirib ki, atası öz ailəsini öldürə bilməzdi. “Qazprombank”ın vitse-prezidenti Vladislav Avayev arvadı və qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb. Rusiya mediasının xəbərlərinə görə, o, tapançanı özünə tuşlamazdan əvvəl ailəsini vuraraq öldürüb. Onun həyat yoldaşına saatlarla işgəncə verdiyi bildirilir.

Avayevin keçmiş həmkarı İqor Volobuyev intihara inanmadığını və bunun səhnələşdirildiyini bildirib. Tibb maqnatı Vasili Melnikovun da intihar etdiyi deyilir. İddialara görə, 43 yaşlı milyarder intihardan əvvəl 41 yaşlı həyat yoldaşını, 10 və 4 yaşlı iki uşağını öldürüb. Ən sonuncusu Ukrayna əsilli qaz maqnatı Mixail Uotford idi. O, ölümündən bir müddət əvvəl dostlarına etiraf edibmiş ki, özünün də iki ildir yer aldığı Putinin “qara siyahısından” qorxur. O, Britaniyadakı 18 milyon funt sterlinqlik mülkündə asılmış vəziyyətdə tapılmışdı.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanı tərk edən Putinin sabiq nümayəndəsi Çubays İsraildə üzə çıxdı –

Sonrakı məqalə

Kreml ABŞ və NATO-nun Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü bildirib