“Müharibə vaxtı Rusiyada senzuraya və hakimiyyətin sərt hərəkətlərinə haqq qazandırıram”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Müharibə dövründə müəyyən senzura və normal sülh dövründə qəbuledilməz olan müəyyən qaydalar olmalıdır”, – Peskov deyib.
Peskov indiki dövrü “çox sərt və hərbi dövr” adlandıraraq, hakimiyyətdən də sərt tədbirlər tələb edildiyini bildirib.
O qeyd edib ki, bu fonda çoxları qorxmağa başlayıb: “Qorxu müəyyən həyat vəziyyətlərində insana xas olan normal hissdir. Bunda səhv bir şey yoxdur. Hətta bəziləri ölkəni tərk edib”.
Azpost.info