Kreml “Starlink” qalmaqalına aydınlıq gətirdi

“İlon Maskın “SpaceX” şirkətinin “Starlink” peyk rabitə terminalları rəsmi olaraq Rusiyaya verilmir və buna görə də ölkədə istifadə edilə bilməz”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, bu peyk sisteminin ölkədə sertifikatlaşdırılmadığını da bildirib.

“Bu, bizim üçün sertifikatlaşdırılmış sistem deyil, ona görə də burada rəsmi olaraq heç bir şəkildə istifadə edilə bilməz”, – Kreml rəsmisi bildirib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının Ukraynadakı döyüş bölgəsində “Starlink”dən istifadə etdiyini bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

“Qırmızı Körpü”də gözləyən yük maşınlarının sayı açıqlandı

Sonrakı məqalə

Sitrus meyvələrinin yetişdirilməsi üçün 1 milyon manat güzəştli kredit ayrılıb