Ukraynadakı hərbi əməliyyat Rusiyanın bu və ya digər şəkildə qarşıya qoyduğu məqsədlərə çatması ilə başa çatacaq.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O bunu Ukrayna prezidenti Vladimir Zelenskinin “sülhə düşündüyümüzdən daha yaxınıq” və “müharibənin sonuna yaxınıq” sözlərini şərh edərkən deyib.
“Bizim üçün hədəflərimizə çatmağın alternativi yoxdur. Bu məqsədlərə bu və ya digər şəkildə nail olduqdan sonra xüsusi hərbi əməliyyat başa çatacaq”,- Peskov qeyd edib.
Azpost.info