Kremldən Tovuz döyüşlərinə reaksiya gəldi, Putinin katibi bəyanat verdi:

“Atəşi dayandırmağa çağırırıq”
14 İyul 2020 - 14:32

Kreml Ermənistan və Azərbaycan sərhəddində atışmadan dərin narahatdır. Tərəfləri təmkinli olmağa və atəşi dayandırmağa çağırır.

Azpost.info bildirir ki, bu barədə Prezident Putinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Biz tərəfləri təmkinə və atəşkəs rejiminin öhdəliklərinə riayət etməyə çağırırıq”-deyə Peskov bildirib.

“Rusiya münaqişənin həlli üçün vasitəçilik səylərini göstərməyə hazırdır. Moskva bunu ən müxtəlif səviyyələrdə bəyan edib. XİN başçısı Lavrovun Bakı və Yerevandakı həmkarları ilə intensiv telefon əlaqələri olub. Biz bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq”-deyə Peskov bildirib.