Kremldən Puqaçovanın “xarici agent” kimi tanınması xahişinə- CAVAB

Kreml məşhur estrada müğənnisi Alla Puqaçovanın  “xarici agent” kimi tanınması ilə bağlı xahişini şərh etməkdən imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Düşünmürəm ki, bu, hansısa şəkildə Kremlə aid olan sualdır. Ona görə də bu barədə şərh verməyəcəyəm”, – Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, Alla Puqaçova həyat yoladşı, tanınmış yumorist Maksim Qalkinin rəsmi səviyyədə “xarici agent” elan olunmasına etiraz edib. Müğənni hökumətdən onu da “xarici agent” kimi tanımağı xahiş edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın neft sənayesi işçiləri təltif edilib

Sonrakı məqalə

Payız semestri üzrə təhsil krediti alan tələbələrin sayı