Kremldən Tovuz döyüşlərinə reaksiya gəldi, Putinin katibi bəyanat verdi:“Atəşi dayandırmağa çağırırıq”

Kreml Ermənistan və Azərbaycan sərhəddində atışmadan dərin narahatdır. Tərəfləri təmkinli olmağa və atəşi dayandırmağa çağırır.

Azpost.info bildirir ki, bu barədə Prezident Putinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Biz tərəfləri təmkinə və atəşkəs rejiminin öhdəliklərinə riayət etməyə çağırırıq”-deyə Peskov bildirib.

“Rusiya münaqişənin həlli üçün vasitəçilik səylərini göstərməyə hazırdır. Moskva bunu ən müxtəlif səviyyələrdə bəyan edib. XİN başçısı Lavrovun Bakı və Yerevandakı həmkarları ilə intensiv telefon əlaqələri olub. Biz bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq”-deyə Peskov bildirib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yaydı:

Sonrakı məqalə

Bəzi rayonlarda leysan yağıb