Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən danışıqlarda çıxış edən Putin belaruslu həmkarı ilə iki ölkə arasında hərbi əməkdaşlığın necə getdiyini qiymətləndirəcəklərini söyləyib.
Qeyd edək ki, Putin-Lukaşenko danışıqları Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda keçirilir.