Krım körpüsü necə partladılıb? Bombanı kimlər və necə gətirib? –FTX detalları açıqladı

“Kerç boğazı üzərindən körpüdə törədilən terror aktı ilə bağlı cinayət işi üzrə 8 nəfər saxlanılıb. Onlardan 5-i Rusiya, 3-ü Ukrayna və Ermənistan vətəndaşıdır”.

Azpost.info bildirir ki bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Partlayıcı qurğu ümumi çəkisi 22 770 kiloqram olan 22 altlıq üzərində tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib”, – press-relizdə deyilir.

Avqustun əvvəlində yükü  Kiyev şirkəti olan “Translogistic UA” MMC ilə Bolqarıstanın “Baltex Capital S.A” arasındakı müqaviləyə əsasən Odessanın dəniz limanı ilə Bolqarıstanın Ruse limanına göndərilib. Yük Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan isə Ermənistana gedib.

Köçürmədə Ukrayna vətəndaşları Tsyurkalo Mixail Vladimiroviç, Kovaçs Denis Oleqoviç, Solomko Roman İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro, “Levan” adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan iştirak ediblər.

Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvandakı “Transalliance” terminalında yük Avrasiya Gömrük İttifaqının qaydalarına uyğun rəsmiləşdirilib və sənədlər dəyişdirilib. İndi göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi), alıcı isə “Lider” MMC-dir (Moskva) olub.

Gürcüstanda qeydiyyatda olan “DAF” markalı yük avtomobili ilə yük oktyabrın 4-də Yuxarı Lars keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini keçib, iki gün sonra Armavirdəki topdansatış bazasına çatdırılıb və boşaldılıb.

Oktyabrın 7-də Ukrayna vətəndaşı R.Solomkonun vasitəçiliyi, Vladimir Vasilyeviç Zlob və daha 5 Rusiya vətəndaşının köməyi ilə yükün sənədləri yenidən dəyişdirilib. Göndərən tərəf kimi Ulyanovskdan TEK-34 MMC, alıcı kimi isə Krımda mövcud olmayan şirkət göstərilib.

“Həmin gün yük  Simferopola yola düşmüş Rusiya vətəndaşı 1971-ci il təvəllüdlü Mahir Yusubovun yük maşınına yüklənib və 2022-ci il oktyabrın 8-də saat 6:03-də Krım körpüsündən keçərkən partlayış baş verib. “, – FSB bildirib.

Bütün marşrut boyunca yüklərin hərəkətinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı nəzarət edib. O, özünü sxem iştirakçılarına “İvan İvanoviç” kimi təqdim edib. Hərəkətləri əlaqələndirmək üçün o, virtual anonim nömrədən, həmçinin Kremençuq sakini Sergey Andreyçenkoya qeydiyyatdan keçmiş telefondan istifadə edib.

Əvvəlki məqalə

FTX Krım körpüsünü partladanların görüntülərini yaydı

Sonrakı məqalə

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib