“Rusiya hakimiyyəti Krım körpüsündə baş verən insidentin mülki infrastruktura qarşı terror hücumu olduğuna şübhə etmir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.
Putin həmçinin bildirib ki, Krım körpüsündə törədilən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
“Sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, – deyə Putin bildirib.
O, hadisəni terror aktı adlandırıb. (Rosbalt)