Küləkli hava şəraiti ilə bağlı sarı- XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 26-sı axşam və 27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Əvvəlki məqalə

NATO Baş katibi Ankarada Ərdoğanla görüşdü

Sonrakı məqalə

Prezident İlham Əliyev Donald Trampla telefonla danışdı